İdman

""Qarabağ" Qafqazın ən güclü, ən yaxşı komandasıdır" - Axalkatsi

19 İyun 2017 20:12
3 Şərh     Baxış: 795

"Komandaların son illərdəki nəticələrini və hazırkı durumunu nəzərə alsaq, "Qarabağ"ın növbəti mərhələyə adlamaq şansı daha çoxdur".

Milli.Az bildirir ki, bu sözləri apasport.az saytına açıqlamasında gürcüstanlı FİFA meneceri David Axalkatsi deyib. 

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.
 
Baş tutacaq oyunlarla bağlı danışan Axalkatsi şansları dəyərləndirib. Menecer Ağdam klubunun daha güclü olduğunu etiraf edib: "Azərbaycan futbolunu izləməyə çalışıram. "Qarabağ" haqda məlumatım var. Bilirəm ki, Avropa səviyyəli, yaxşı komandadı. Müntəzəm olaraq, avrokuboklarda iştirak edir. Bu mənada, "Qarabağ"ı güclü rəqib hesab edirəm. Amma futbolda istənilən komandanın, o cümlədən "Samtredia"nın mərhələ keçmək şansı var. Gürcüstan təmsilçisi yaxşı taktika, ağıllı strategiya, rəqibi düzgün qiymətləndirmək, özünün üstün tərəflərindən istifadə etmək və "Qarabağ"ın zəif cəhətlərini tapmaqla mərhələ keçə bilər".
 
Axalkatsi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutmuş "Qəbələ" - "Samtredia" matçlarını yada salıb. Bundan əlavə, o, "Qarabağ"ı son illərdə Qafqazın ən güclü komandası adlandırıb: "Samtredia"nın keçən mövsüm "Qəbələ" ilə oyunlarını izləmişdim. Həmin vaxt təmsilçiniz layiqli şəkildə mərhələ adlamışdı. Onlar iki görüşün nəticəsinə əsasən, mübarizəni davam etdirən tərəf olmuşdular. Hazırkı "Samtredia" fərqlidi, oyunçular dəyişib. İndiki "Samtredia"nın əvvəlkindən güclü və ya zəif olduğunu demək isə çətindi. Komandanın səviyyəsi meydanda bilinəcək. Güclü tərəf mərhələ adlayacaq. SSRİ dövründə Gürcüstan təmsilçilərinin böyük üstünlüyü var idi. Son illərdə isə üstün tərəf Azərbaycan komandalarıdı. "Qarabağ"ı avrokuboklardakı nəticələrinə görə son illərdə Qafqazın ən yaxşı, ən güclü komandası adlandırmaq olar".
 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Roya · 19 İyun 21:1520

    Insallah bir gun dunyanin en guclu komandasi olar.ugurlar Qarabaga.

    Cavab yaz
  • Anonim
    Real Sohbet · 19 İyun 21:2310

    Qarabag avropanin en guclusudur .real celsi bavarya yuventus uwaqmuwaqdi Qurbanovun qabaqinda.ireli ugurlar

    Cavab yaz
  • Anonim
    CEZA · 20 İyun 06:2900

    Beli Cox Gucludu Qarabaq Deset Bu il Yenilgilerden Birini Axrinci yerlerden birinde olan Nefciden Almiwdi Obaa Goz Deymesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.