İdman

"Qarabağ"ın debütant rəqibi

19 İyun 2017 14:46
0 Şərh     Baxış: 882

"Qarabağ" Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində "Samtredia" ilə üz-üzə gələcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla Gürcüstan təmsilçisi ardıcıl ikinci mövsümdə ölkəmizə səfər edəcək.

Çünki bu komanda ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə rəqib olub. Bakıda rəqibini darmadağın edən (5:1) "qırmızı-qaralar" Zestafonidə minimal hesablı məğlubiyyətə (1:2) baxmayaraq, yoluna davam etmişdi.
 
Samtredia şəhərinin eyniadlı təmsilçisinin əsası 1936-cı ildə qoyulub. 80 yaşlı rəqib ev oyunlarını Erosi Mandjqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir.
 
"Samtredia" əvvəllər fərqli adlarda çıxış edib. Belə ki, komanda müxtəlif vaxtlarda "Lokomotiv", "Sanavardo", "Djuba" və "İberiya" adlarını daşıyıb. Fəaliyyəti "Lokomotiv" adı ilə başlayan indiki "Samtredia" SSRİ-nin ikinci liqasında mübarizəyə start verib.
 
Komandanın bu ilə qədərki ən uğurlu vaxtları "İberiya" adını daşıdığı dönəmə, daha dəqiq desək, 1994-1996-cı illərə təsadüf edib. Həmin vaxt Gürcüstan çempionatında ikinci yeri tutan indiki "Samtredia" ilk dəfə ölkəni UEFA Kubokunda təmsil etmək hüququna yiyələnib. "Qarabağ"ın rəqibi avrokuboklarda debüt mövsümündə (1995-1996) Makedoniya təmsilçisi "Vardar"la qarşılaşıb və hər iki görüşdə rəqibinə boyun əyib - 0:2, 0:1. Bu klub Avropa arenasındakı ikinci sınağını isə yuxarıda da qeyd etdiyimiz kimi, ötən mövsüm "Qəbələ" önündə verib.
 
2015-16 mövsümündə ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxan "Samtredia" geridə qalan mövsümdə tarixinin ilk çempionluğuna yiyələnib və bununla birinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edib.
 
ÇL-in debütantı daha çox Gürcüstan yığmasının sabiq oyunçusu Kaxa Kaladzeni yetişdirməklə ad çıxarıb.
 
Komandanın baş məşqçisi yerli mütəxəssis Gia Tsetsadzedi. Əsası gürcü futbolçulardan təşkil edilən "Samtredia"nın heyətində 4 legioner çıxış edir. Onlardan 2-si Ukraynanı, 1-i Rusiyanı, 1-i isə Qananı təmsil edir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.