İdman

"Qarabağ" ilk dəfə

19 İyun 2017 15:55
0 Şərh     Baxış: 2 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokuboklar tarixində 7-ci dəfə Azərbaycan və Gürcüstan klubları üz-üzə gələcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının bu gün keçirilən püşkü "Qarabağ" və "Samtredia"nı II təsnifat mərhələsində üz-üzə qoyub.

Bunadək iki ölkə təmsilçilərinin 6 dueli baş tutub. Təmsilçilərimizin üstünlüyü ilə keçən görüşlərdə 4 dəfə komandalarımız mərhələ keçib. Gürcüstanlılar isə yalnız iki dəfə bunu bacarıb.
 
Qonşularımızın qənimləri "Neftçi" və "Qəbələ"dir. Bu klublar hərəyə 2 dəfə rəqibini mübarizədən kənarlaşdırıb. Bakılılar "Zestafoni" və "Çixura"nı, "Qəbələ" isə Tiflis "Dinamo"su ilə "Samtredia"nı keçib.
 
"Qarabağ"ın rəqibi olan sonuncular ardıcıl ikinci dəfə təmsilçimizlə görüşəcək. 1 il öncə qəbələlilər rəqibinə Bakıda dərs keçsə də (5:1), səfərdən məğlub dönüb - 1:2.
 
Gürcüstanlılar isə yalnız "Sioni"nin "Bakı", "Tbilisi"nin "Şəmkir"i dayandırmasına sevinib. Göründüyü kimi "Qarabağ" ilk dəfə qonşularımızla görüşəcək.
 
6 duel çərçivəsindəki 12 oyunun nəticələrinə gəlincə isə bərabərlik hökm sürür. Belə ki, hər iki ölkə təmsilçiləri 5 qələbə qazanıb. 2 dəfə isə bərabərlik olub. Top fərqində isə komandalarımız üstündür. Futbolçularımız 19 qol vurub, 15-ni buraxıb.
 
2003/04
UEFA kuboku
1-ci təsnifat mərhələsi
15 iyul. "Tbilisi" (Gürcüstan) - "Şəmkir" - 1:0
29 iyul. "Şəmkir" - "Tbilisi" (Gürcüstan) - 1:4
Paşa Əliyev
 
2006/07
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
11 iyul. "Sioni" (Gürcüstan) - "Bakı" - 2:0
18 iyul. "Bakı" - "Sioni" (Gürcüstan) - 1:0
Fərid Quliyev
 
2012/13
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
17 iyul. "Neftçi" - "Zestafoni" (Gürcüstan) - 3:0
Cavid İmamverdiyev, Julius Vobay, Nikolas Kanales
24 iyul. "Zestafoni" (Gürcüstan) - "Neftçi" - 2:2
Julius Vobay, Rəşad Sadiqov
 
2014/15
Avropa Liqası
3-cü təsnifat mərhələsi
31 iyul. "Neftçi" - "Çixura" (Gürcüstan) - 0:0
7 avqusr. "Çixura" (Gürcüstan) - "Neftçi" - 2:3
Ernest Nfor (3)
 
2015/16
I təsnifat mərhələsi
2 iyul. "Dinamo" (Tiflis, Gürcüstan) - "Qəbələ" - 2:1
Cavid Hüseynov
9 iyul. "Qəbələ" - "Dinamo" (Tiflis, Gürcüstan) - 2:0
Asif Məmmədov, Aleksey Antonov
 
2016/17
1-ci təsnifat mərhələsi
30 iyun. "Qəbələ" - "Samtredia" (Gürcüstan) - 5:1
Vojislav Stankoviç, Sergey Zenyov, Teo Uiks (3)
7 iyul. "Samtredia" (Gürcüstan) - "Qəbələ" - 2:1
Teo Uiks

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.