Tanınmış futbol mütəxəsisi Arriqo Sakki "Milan"la müqaviləsini yeniləməkdən imtina edən Canluci Donnarummaya nəsihət verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 71 yaşlı sabiq məşqçi onu Kaka və Şevçenkonun yaşadıqlarından ibrət götürməyə çağırıb.
"Əvvəllər Donnarummaya bir futbolçu və insan kimi hörmət edirdim. Amma "Milan"a nankorluq etməsindən şoka düşdüm. Bu qərar onun məqsədləri və karyerasının gələcək perspektivlərinə şübhə oyadır. Ona pul dalıyca qaçanların bir neçə misalını xatırlatmaq istəyirəm. Kaka və Şevçenko pul xatirinə "Milan"dan getdilər və peşman oldular".
Qeyd edək ki, 18 yaşlı qapıçısı iyunun 15-də "rossoneri" ilə 2018-ci ildə başa çatacaq müqaviləsini yeniləməmək barədə qərar vermişdi. Bu məsələdə onun agenti Mino Rayolanın rolu həlledici olmuşdu.
Milli.Az