İdman

PSJ bu qapıçıya 100 milyon ödəməyə hazırdı

17 İyun 2017 20:00
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ Yan Oblakı heyətinə cəlb etmək istəyir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, parislilər bunun üçün istənilən məbləği ödəməyə hazırdı.
 
Bu barədə iddia ilə məşhur "goal.com" nəşri məlumat yayıb. Bildirilib ki, paytaxt təmsilçisi sloveniyalı "çərçivə qoruyucusu" üçün müqavilədə göstərilən sərbəst qalma maddəsinə əməl etməyə də razıdı. Bunun qarşılığı isə 100 milyon avrodur.
 
Ancaq "Atletiko" da qapıçısını əldən verməməyə çalışır. Belə ki, FİFA-nın sanksiyası səbəbi ilə qışa qədər oyunçu transfer edə bilməyəcək madridlilər əsas "qolkiper"i komandadan göndərmək istəmirlər.
 
Qeyd edək ki, ötən mövsüm "Atletiko" ilə 30 oyunda meydana çıxan Oblak 21 qol buraxıb. Onun "hindular"la mövcud müqaviləsi 2020/21 mövsümündə başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.