İdman

Mühərriki işə salın! F1 azarkeşlərinə eksklüziv yarış otağında gecələmə imkanı

17 İyun 2017 18:24
Baxış: 314

2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Hilton Baku oteli məşhur Formula 1 pilotları Fernando Alonso və Stoffel Vandurnun şəxsi əşyaları ilə bəzədilmiş McLaren-Honda otağını qonaqların xidmətinə təqdim edir. 2005-ci ildən etibarən McLaren-Honda Formula 1 heyətinin fəxri tərəfdaşı olan Hilton hər il yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində F1 azarkeşləri üçün xüsusi yarış otağı hazırlayır.

Bakı Şəhər Halqasının uğurlu fəaliyyəti və Formula həvəskarlarının 2017-ci il Azərbaycan Qran Prisinə artan marağını nəzərə alaraq, bu il sözügedən layihə üçün məhz Bakı şəhəri seçilmişdir. Yarışların ən öncül simalarının daim seçdiyi məkan olan Hilton bu uğurlu tərəfdaşlığı qeyd etmək və 2017 Formula 1 Azərbaycan Qran Prisini daha geniş kütlələrə tanıtmaq məqsədilə turistlərə xüsusi McLaren-Honda dizaynlı otağında gecələmək imkanı yaradır. Bu otağın hər bir guşəsi sürücülərin istifadə etdikləri orijinal əşyalarla bəzədilib.

Məşhur Formula 1 pilotu Fernando Alonsonun yarış uniforması və başlığı, McLaren-Honda sükan çarxı, Pirelli təkərləri, pilotların adları həkk olunmuş hamam xalatları, McLaren-Honda heyətinin yarış tarixini əks etdirən kitab və digər maraqlı əşyalar otaqda qalmaq istəyən qonaqların istifadəsindədir. İstənilən F1 azarkeşinin xəyallarını bəzəyəcək bu otaq həmçinin yarışın Pit binası və Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərəsi ilə də diqqəti cəlb edir.

Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu Baku 2017 F1 həyəcanını, pitstop əməliyyatlarını, startdakı qrid düzülüşünü və finiş xəttini birbaşa görə biləcəklər. Bakı McLaren-Honda otağında gecələmək imkanı Hilton brendinin Hilton Honors sadiqlik proqramına üzv olan turistlər üçün təklif olunub və dünyanın hər bir yerindən olan milyonlarla turistə 2017 Formula 1 Azərbaycan Qran Pri yarışını tanıtmaq üçün daha bir imkan yaradır. Layihə ölkəmizin turizm potensialını nümayiş etdirib mövcud imkanları təbliğ edərək azarkeşləri paytaxtımıza səfər edib yarışı burada izləməyə həvəsləndirmək məqsədi daşıyır. 

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.