İdman

Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

17 İyun 2017 13:38
0 Şərh     Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevlə müqavilə bağlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb.

Əliyev 10 nömrəli formanı geyinəcək. O, Samara təmsilçisinin rəsmi saytına açıqlamasında "Krılya Sovetov"a keçməsindən məmnunluğunu dilə gətirib: "İstərdim ki, komandamız oyunu və yaxşı nəticələri ilə azarkeşləri sevindirsin. Qarşımızda duran vəzifəni də anlayıram. Onu yerinə yetirmək lazımdır".
Hazırda Serbiyada təlim-məşq toplanışında olan "Krılya Sovetov" yerli "Dunav" komandası ilə yoxlama matçı keçirib. Əliyev artıq 7-ci dəqiqədə hesabı açıb. Görüş isə samaralıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, Azər Əliyev ötən mövsümü I Divizionda çıxış edən "Yenisey"də "Krılya Sovetov"un hazırkı baş məşqçisi Andrey Tixonovun rəhbərliyi altında keçirib. Krasnoyarsk təmsilçisi Premyer Liqaya yüksəlməyə yaxın olsa da, "pley-off" matçlarında Tula Arsenal"ına uduzub. Samara komandası isə yüksək liqanı tərk edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.