İdman

"Azərbaycanla oyundan sonra Əmrə də millidən getdiyini demişdi"

17 İyun 2017 18:24
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arda mənə öz oğlum kimidi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu türkiyəli məşqçi Abdullah Avcı deyib.

"Başakşehir" klubunun çalışdırıcısı ölkəsinin mətbuatına müsahibə verib. O, "Barselona"nın formasını geyinən Arda Turanın milli ilə vidalaşmasına toxunub.
 
Avcı təcrübəli futbolçunun bu qərarı hisslərinə qapılaraq verdiyini bildirib və məsələnin müsbət sonluqla nəticələnməli olduğunu vurğulayıb: "Övladlarım 3 ay Ardanın yanında oldular. Çox ağıllı və duyğusal insandı. Bu xasiyyət Əmrə Belözoğlunda da var. Bəzən hissləri ağlının önünə keçir. Arda ilə federasiya arasında konkret nələrin baş verdiyini bilmirəm. Amma mən həmişə nəticəyə baxıram. İstənilən halda problemin həlli yolu mənim üçün önəmlidi. Ümid edirəm ki, böyüklərimiz məsələni yoluna qoyacaqlar".
 
54 yaşlı çalışdırıcı söhbət əsnasında AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Türkiyə matçını xatırladıb. O, millimizin 1:0 hesablı qələbəsi ilə nəticələnən görüşdən sonra Əmrə Belözoğlunun Arda kimi davrandığını vurğulayıb: "Əmrə də Azərbaycanla oyundan sonra həmin andakı hisslərinə yenilib, milli ilə vidalaşdığını demişdi. Amma bu yaşda belə, yığmaya çağırsalar, meydanda ən çox mübarizə aparacaq futbolçudu. Yəni Arda kimi qərar verənlər əvvəl də olub. Əsas odu ki, problemin həlli tapılsın".
 
Qeyd edək ki, 2014-cü ildən "Başakşehir"in "sükanı arxası"nda olan Abdullah Avcı 2011-2013-cü illərdə Türkiyə yığmasını çalışdırıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.