İdman

Azərbaycan boksçularının Avropa çempionatındakı rəqibləri məlum olub

16 İyun 2017 19:36
0 Şərh     Baxış: 359

Ukraynanın Xarkov şəhərində keçiriləcək boks üzrə Avropa çempionatının püşkü atılıb. 40 ölkədən 258 idmançının qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də rəqiblərini tanıyıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki,  millimizin heyətində 2 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

18 iyun

1/16 final. Cavid Çələbiyev (60 kq) - Edqaras Skurdelis (Litva)

1/16 final. Eldar Quliyev (81 kq) - Müslim Hacımaqomedov (Rusiya)

19 iyun

1/8 final. Məsud Yusifzadə (49 kq) - Nazar Kurotçin (Ukrayna)

1/8 final. Elvin Məmişzadə (52 kq) - İstvan Şaka (Macarıstan)/Manuel Fabritsio Kappai (İtaliya)

1/8 final. Lorenzo Sotomayor (64 kq) - Vahid Hambli (Fransa)/Fredi Çiobanu (Rumıniya)

1/8 final. Pərviz Bağırov (69 kq) - Anas Messaudi (Belçika)/Simyon Çamov (Bolqarıstan)

1/8 final. Məhəmmədrəsul Məcidov (+91 kq) - Aleksandr Kaleyev (Belarus)/Petar Belberov (Bolqarıstan)

20 iyun

1/8 final. Tayfur Əliyev (56 kq) - Severlan Çiladze (Gürcüstan)/Antoni Ceyms Uolker (İrlandiya)

1/8 final. Kamran Şahsuvarlı (75 kq) - Bartoş Qolebiyevski (Polşa)/Emmet Brennan (İrlandiya)

1/8 final. Abdulqadir Abdullayev (91 kq) - Şott Antoni Forrest (Şotlandiya)/Zoran Radiç (Serbiya)

Qeyd edək ki, yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq.

"Lokomotiv" İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə - iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.