İdman

“Azərbaycan yığmasının futbolçusu üzümə tüpürdü”

16 İyun 2017 18:45
0 Şərh     Baxış: 1 081

Qazaxıstan yığmasının keçmiş müdafiəçisi Maksim Jalmaqambetov maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına danışan sabiq futbolçu Azərbaycanla keçirdikləri oyunlardan birini yada salıb.

Belə ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Qazaxıstan - Danimarka matçında (1:3) Baurjan İslamxanın qırmızı vərəqə ilə cəzalandırılmasına toxunan Jalmaqambetov bunları deyib: "Millidə mən də o cür vəziyyətlə üzləşmişəm. Bəlkə də, insanlar həmin epizodu artıq xatırlamırlar. Amma bu, Azərbaycanla qarşılaşmada baş vermişdi, meydandan qovulmuşdum. Halbuki, həmin epizodda rəqib futbolçu təxribata əl atmışdı. Azərbaycan yığmasının futbolçusu üzümə tüpürüb, söymüşdü. Mən isə buna dözməyərək, cavab vermişdim. Nəticədə meydandan uzaqlaşdırılmışdım. Təbii ki, baş məşqçi və yaşda məndən böyük olan komanda yoldaşlarım həmin davranışıma irad tutmuşdular".
 
Jalmaqambetov Qazaxıstan yığmasının hazırkı durumunu da dəyərləndirib. O, Azərbaycandan fərqli, ölkəsinin millisində inkişafın getmədiyini vurğulayıb: "Qazaxıstan artıq 15 ildi ki, UEFA-nın üzvüdü. Amma bu müddət ərzində irəliyə doğru nəzərəçarpan addım atmamışıq. İndi Ermənistan, Azərbaycan, bir sözlə bütün komandalar "artırıblar". Bizdən başqa hamı! Ümid edirəm ki, gec-tez Qazaxıstan millisi də qələbələr qazanmağa başlayacaq".  
 
DÇ-2018-in seçmə mərhələsində qələbə üzünə həsrət qalan qazaxıstanlılar 6 oyundan sonra cəmi 2 xal toplayıblar.
 
Qeyd edək ki, 2004-2008-ci illərdə Qazaxıstan millisində çıxış etmiş Maksim Jalmaqambetov 30 matçda 1 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.