İdman

"Çelsi" Kurtuanı transferə çıxarır

16 İyun 2017 23:48
0 Şərh     Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" əsas qapıçısı Tibo Kurtua ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "zadəganlar" bunun üçün belçikalı qolkiperə yeni müqavilə təklif edib.

Lakin 25 yaşlı ulduz futbolçu gözlənilmədən bunu rədd edib. Onun bu qərarına təəccüblənən "Çelsi" rəhbərliyi yeni anlaşma məsələsində israrlıdı. Ancaq londonlular növbəti təklifi də qəbul etməyəcəyi təqdirdə, onu transferə çıxaracaq. Rəhbərlik təcrübəli qolkiperin alternativi kimi, "Milan"la yeni sazişə yaxın durmayan Canluici Donnarrumanı görür.
 
Qeyd edək ki, Tibo Kurtuanın "Çelsi" ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.