İdman

Ulduz futbolçu əməliyyat olundu: oktyabrda qayıdacaq

16 İyun 2017 16:06
0 Şərh     Baxış: 484

"Çelsi"nin hücumçusu Eden Azar əməliyyat olunub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu uzun müddət klubundan ayrı qalacaq.

Belçika millisinin məşqi zamanı ayağı qırılan 26 yaşlı oyunçu dünən cərrah bıçağı altına uzanıb. Əməliyyatın uğurlu keçdiyini bildirən həkimlər Azarın ən tezi sentyabrda məşqlərə başlayacağını və oktyabrdan komandaya kömək edə biləcəyini söyləyiblər.
 
Bu da o deməkdi ki, oyunçu Premyer Liqanın ilk 7 turunu buraxacaq. Yəni "zadəganlar" "Bernli", "Tottenhem", "Everton", "Lester", "Arsenal", "Stok Siti" və "Mançester Siti" ilə qarşılaşmada belçikalının xidmətindən məhrum qalacaq. Azar, həmçinin Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunu da kənardan izləməli olacaq.
 
Qeyd edək ki, Eden Azar ötən mövsüm meydana çıxdığə 43 oyunda 17 qol, 7 assistlə yadda qalıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.