İdman

Ronaldu "Real Madrid"i tərk edir

16 İyun 2017 12:12
6 Şərh     Baxış: 4 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İspaniyanın "Real Madrid" klubunu tərk etmək niyyətindədir.

Milli.Az report-a istinadən xəbər verir ki, səbəb İspaniya prokurorluğunun Ronaldunun ünvanına ittihamları ilə əlaqədar baş verən son hadisələrdir. 

32 yaşlı forvard fikrində qəti olduğunu və mövqeyinin dəyişməyəcəyini "kral klubu"nun prezidenti Florentino Peresə də deyib. 

Ronaldu 2011 - 2014-cü illərdə 14,7 milyon avro məbləğində vergini ödəməməkdə ittiham olunur. Onun 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə belə hərəkətə yol verdiyi bildirilir. Təcrübəli oyunçu öz imic hüquqlarından əldə etdiyi vəsaitdən vergi ödəməməkdə günahlandırılır. Ümumilikdə hücumçu İspaniyanın vergi orqanlarına qarşı dörd cinayətdə ittiham olunur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.