İdman

Debüt matçındakı qol sabiq "Qarabağ"lıya təklif gətirdi

16 İyun 2017 11:20
0 Şərh     Baxış: 521

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros komandasını dəyişə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən mövsümü "Herakles"in heyətində keçirmiş 27 yaşlı futbolçu Hollandiyanın başqa klubundan təklif alıb.

Belə ki, forvardın xidmətində "Vitess" maraqlıdı. Erediviziyanın son mövsümündə 29 oyunda 19 qolla yadda qalan Armenteros bununla diqqəti cəlb etməyi bacarmışdı. İsveç yığmasında debüt etdiyi matçda (1:1) Norveçin qapısına yol tapması isə "Vitess" rəhbərliyinin fikrini qətiləşdirib.
 
Hollandiya çempionatının ötən mövsümünü "Herakles"dən 5 pillə öndə, yəni 5-ci yerdə bitirən "Vitess" Armenterosa rəsmi təkliflə müraciət edib. Keçmiş "Qarabağ"lının daha iddialı kluba keçmək şansından yararlanacağı gözlənilir.
 
Qeyd edək ki, 2015-2016 mövsümünü "Qarabağ"da keçirmiş Samuel Armenteros Ağdam klubunun heyətində ümumilikdə 32 oyunda 11 qola imza atmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.