İdman

Donnarumma qərarı ilə "Milan"ı şoka saldı

16 İyun 2017 08:02
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın istedadlı qapıçısı Canluici Donnarumma klubla yeni müqavilə imzalamayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "rossoneri"nin baş direktoru Marko Fassone gənc qolkiper və onun agenti Mino Rayola ilə görüşdən sonra bu barədə məlumat verib.

"Rayola bizə dedi, Donnarumma qəti qərara gəlib  ki, müqaviləni yeniləməsin. Bizim təklifimiz çox yaxşı idi. Futbolçu əvvəlcə bunu dəyərləndirmişdi. Sonra isə bizə bildirdi ki, yeni müqavilə imzalamaq istəmir. Beləliklə, Donnarummanın burdakı vaxtı 2018-ci ilin iyununda başa çatacaq. Bir də çaşqınıq. Çünki onun uzun müddət "Milan"da qalacağını düşünürdük".

"Milan" 18 yaşlı qapıçıya illik 4.5 milyon avro məvacib təklif edirdi. Onun meneceri Rayola isə yeni müqavilədə klubun Çempionlar Liqasına düşməyəcəyi halda 10 milyon avro buraxılış qiyməti göstərməyi tələb edirdi. İtaliya mətbuatında yayılan xəbərə görə Donnarumma "Real"a keçmək istəyir. İki variant var. Avqustun 31-ə kimi transfer baş tutmasa, gələn yay italiyalı qapıçı azad agent kimi "kral klubu"na qoşulacaq. Onunla maraqlanan digər klub PSG-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.