İdman

Xavyer Ernandes "Qəbələ"də

15 İyun 2017 17:30
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov Elvin Məmmədovu heyətinə qatan "qırmızı-qaralar" ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb. Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner bu gün Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulacaq.

Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. "Pizarrales" (1999-2002), "Salamanka" (2002-2005), "Real" Madrid (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu "Real"ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin "Halmstad" (2011) klubunda da oynayıb. Ardınca vətənində "Salamanka" (2011-2013), "Ourense" (2013-2014) və "Burqos"un (2014-2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada "Poli Timişoara"da (2015-2016), Polşada "Qurnik Lençna"da (2016-2017) legioner həyatı yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.