İdman

Sabri: "Arzularımı puç etdilər"

15 İyun 2017 13:34
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" rəhbərliyi iyunun 12-də Sabri Sarıoğlu ilə yollarını ayırmaq qərarı verdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 15 il ərzində "sarı qırmızılar"ın şərəfini qoruyan təcrübəli müdafiəçi karyerasını doğma klubunda başa vurmaq istədiyini qeyd edib.

"Mənim həmişə bir arzum olub. "Galatasaray"da karyeramı başlayıb burda da başa vurmaq istəyirdim. Arzularımı puç etdilər. Daha 2 il oynayıb karyeramı başa vuracaqdım. Rəhbərlik mənə "otur" desə, oturardım, "oyna" desə, oynardım. Mənə verilən sözlər vardı. Amma nə baş verdisə, son həftədə bunlara əməl edilmədi. Düzü, "Galatasaray"dan ayrıldığım üçün çox məyus olmuşam".

Sabrinin "cim bom"dan gedəcəyi rəsmiləşdikdən sonra Anadolu klubları 33 yaşlı futbolçunun transferinə çalışırlar. Bunların arasında "Yeni Malatya", "Kasımpaşa" və "Karabükspor" daha real variantlar hesab olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.