İdman

"Çelsi" "Liverpul"dan bonus tələb edir

15 İyun 2017 13:12
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" gənc hücumçu Dominik Solankeyə görə "Liverpul"dan əlavə pul qoparmaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Solankenin yaşı 24-dən az olduğuna görə "zadəganlar"ın bonus tələb etmək hüququ var. "Çelsi" onun transferinə görə 8 milyon funt istəmişdi. Solanke U-20 dünya çempionatının ən yaxşı futbolçusu seçiləndən sonra bu məbləğ 10 milyona qaldırılıb. "Qırmızılar" isə yalnız 3 milyon funt ödəməyə hazırdır. Tərəflər qiymətdə razılığa gələ bilməsə, məsələyə tribunal qarışacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.