İdman

"Onun başında problem var"

5 İyun 2017 23:09
0 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in sabiq futbolçusu Roberto Karlos həmyerlisi Marselo Juniorun Çempionlar Liqasında qələbə sayına görə ona çatdığını düşünmür. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Karlos bunları deyib:

"Marselo "Yuventus"la oyundan sonra paltardəyişmə otağında soruşurdu ki, niyə hamı 12 nömrəli futbolkadadır. Deyəsən, onun başında nəsə problem var. Marselo Çempionlar Liqasında qalibiyyətə görə mənə çatmayıb. Baxmayaraq ki əksini iddia edir. "Real"ın səfiri olduğuma görə klub ÇL-da qalib olanda bu çempionluq mənə də aiddir. Buna görə "Real"la 5 dəfə Çempionlar Liqasının qalibi olmuşam".

Roberto Karlos 1998, 2000 və 2002-ci illərdə bu turnirin qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.