İdman

"Mançester Yunayted" "Real"ının 2 futbolçusu ilə maraqlanır

2 İyun 2017 23:07
1 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in transfer siyahısına daha 2 futbolçu əlavə olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Alvaro Morata və Rafael Varanın xidmətlərində maraqlıdır. Fransalı müdafiəçi Joze Mourinyonun müdafiə xəttinə əsas namizədidir. Portuqaliyalı mütəxəsis 24 yaşlı futbolçunu "Real"da işlədiyi vaxtdan yaxşı tanıyır.

"Yunayted" Zlatan İbrahimoviçin mövqeyində Alvaro Moratanı düşünür. İspaniyalı forvardı "Milan" da transfer etmək istəyir."Rossoneri"nin ona illik 8 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.