İdman

Totti qərar verdi: "Karyeramı bitirmirəm"

30 May 2017 11:36
1 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma" ilə vidalaşan Françesko Tottinin karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 41 yaşlı futbolçu butslarını mismardan asmağa tələsmir.

Belə ki, Totti ailəsi və dostlarının əhatəsində açıqlama verərək, növbəti mövsümdə də futbol oynayacağını istisna etməyib: "Fanatlara yazdığım məktubda bir punkt çatışmır. Karyeram hələ başa çatmayıb. Gələn mövsümdə oynamağa davam edəcəm, amma hansı klubda olacağımı hələ bilmirəm".
 
Qeyd edək ki, 1992-2017-ci illər ərzində "Roma"nın formasını geyinmiş Totti "canavarlar"ın heyətində 786 oyunda 307 qola imza atıb. O, 1998-2006-cı illərdə şərəfini qoruduğu İtaliya yığmasında isə 58 matçda 9 dəfə fərqlənib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.