İdman

Totti "Roma"nın heyətində son oyununu keçirib

29 May 2017 07:53
1 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A seriyasının sonuncu turunda "Cenoa" ilə qarşılaşan "Roma" 3:2 hesablı qələbə qazanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu görüş "canavarlar"ın 40 yaşlı oyunçusu Françesko Totti üçün "Roma" forması ilə sonuncu olub.

Görüşün 54-cü dəqiqəsində Muxammed Salahı əvəzləyən "veteran" matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib.
 
"Roma" ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.
 
Qeyd edək ki, canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.