İdman

“Zenit” Mirça Luçesku ilə yolları ayırdı

28 May 2017 22:09
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqun "Zenit"  klubunun rumıniyalı baş məşqçi Mirça Luçesku ilə yollarını ayırması rəsmiləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər verib.
 
Məlumata görə, "Zenit" Mirça Luçesku ilə müqaviləyə xitam verib. Məşhur futbol məşqçisi  "Zenit" lə iki illik müqaviləni ötən ilin mayında imzalamışdı. M.Luçeskunun komandası Rusiya çempionatını 3-cü yerdə tamamlayıb.
 
Xatırladaq ki, Mirça Luçesku müxtəlif illərdə "İnter" (Milan), "Qalatasaray", "Beşiktaş" və  "Şaxtyor" (Donetsk) kimi klublarda çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.