İdman

Avroliqanın rəmzi yığmasına düşən hücumçu "Şalke"nin hədəfində

26 May 2017 23:27
1 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks"ın hücumçusu Bertran Traore "Şalke"nin maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, transfer hüquqları "Çelsi"yə məxsus olan forvardın Amsterdam klubu ilə icarə müqaviləsi iyunun 30-da qüvvədən düşəcək. Traorenin transferi Qelzenkirxen klubuna 5 milyon avroya başa gələ bilər. Onun "zadəganlar"la 2019-cu ilin yayına kimi müqaviləsi var.

Traore 2016/17 mövsümündə Avropa Liqasınnı rəmzi komandasında yer alıb. O, qışda keçirilmiş Afrika Millətlər Kubokunun da simvolik yığmasına daxil edilmişdi. Gənc hücumçu Burkina-Faso millisinin üzvüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.