İdman

Alberto: ""Qarabağ"dan təklif almışıq"

26 May 2017 12:40
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masa arxasında əyləşib, Çitronun gələcək karyerasını müzakirə etmək üçün çempionatın başa çatmasını gözləyirdik. Artıq bunu edə bilərik. Təklifləri dəyərləndirib bir qərar verəcəyik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Trapani"nin hücumçusu Nikola Çitronun meneceri Alberto Berqossi deyib.

Ölkəsində "Sicilia" jurnalına açıqlama verən agent "Qarabağ"ın maraq dairəsində olan Çitro ilə bağlı danışıb. Berqossi Ağdam klubundan təklif aldıqlarını təsdiqləyib.
 
Lakin o, hələ yekun qərarlarını vermədiklərini əlavə edib: "Nikolaya görə Azərbaycandan təklif aldığımı təsdiqləyirəm. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edəcək komandadı. Onu da deyim ki, yanvarda Yaponiya ilə əlaqəm olmuşdu. Bu ölkənin "Saqana Tosu" komandasını dostum Massimo Fikkadenti çalışdırır. Şəxsən mən Çitronun həmin vaxt bu təklifi dəyərləndirməsini istərdim. Fikkadentinin zəngi və Çitronu istəməsi məni yaxşı mənada təəccübləndirmişdi. Çitro özü də bu təklif qarşısında donub qalmışdı. Əslində, futbolçu B seriyasında normal pul qazanırdı. Amma komandası "Trapani" aşağı liqaya yuvarlandı. Bu isə onun planlarına aid deyil".
 
Qeyd edək ki, İtaliya mətbuatında "Qarabağ"ın Çitroya 3 illik müqavilə və ilinə 300 min avro maaş təklif etdiyi yazılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.