İdman

Bakı polisi Somalidən gələn idmançıları axtarır

25 May 2017 23:57
3 Şərh     Baxış: 2 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı polisi IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Somalidən olan idmançıları axtarır.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, Somali Federativ Respublikasının iki vətəndaşı öz yığmaları ilə birlikdə vətənə qayıtmayaraq Azərbaycanda qalıblar. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, onların dəqiq harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Axtarılan idmançıların adları hələ açıqlanmır. Yalnız bu idmançıların atlet-qaçışçılar olduqları məlumdur. Qeyd edək ki, Somalidən olan nümayəndə heyətinin sayı az olub - cəmi səkkiz idmançı. Məlumdur ki, 800 metrlik məsafəyə qaçışda Somalidən olan idmançı Əhməd Adissalam iştirak edib və 12-ci yeri tutub. 1500 metr məsafəyə qaçışda isə Həssən Əli 16-cı yeri tutub. Ancaq məhz bu idmançıların geri qayıtmadığı dəqiq bəlli deyil.

Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, gec-tez idmançılar tapılacaq və öz ölkələrinə deportasiya ediləcəklər. Güman edilir ki, əcnəbilər Azərbaycan vasitəsilə üçüncü ölkəyə getmək üçün burada qalıblar.

Somalidən olan atletlərin yoxa çıxması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin əməkdaşları xəbərdar ediliblər.

Qeyd edək ki, hazırda Somalidə silahlı toqquşmalar davam edir. Beynəlxalq KİV-in yazdığına görə, ölkədə faciəli vəziyyət hökm sürür, ərzaq çatmır və buna görə qaçışçıların vətənə qayıtmaq istəməməsi təəccüblü deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.