İdman

"Valencia" 2 futbolçusunu La Liqa klublarına satıb

25 May 2017 20:06
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümü uğursuz keçirən "Valencia" 2 futbolçunu göndərib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "yarasalar" Pablo Pyatti və Yoel Rodriqezlə yollarını ayırıb. 28 yaşlı Pyatti 1.5 milyon avro qarşılığında "Espanyol"un sıralarında qoşulub. Katalonlar ötən mövsüm klubda icarə əsasında  çıxış edən yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnib.

O, "Espanyol"la 2020-ci ilə kimi müqavilə imzalayıb. Müqavilədə futbolçunun buraxılış qiyməti 30 milyon avro göstərilib. 28 yaşlı Yoel isə "Eibar"la 2019-cu ilə kimi müqavilə imzalayıb. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.