İdman

Totti karyerasını davam etdirə bilər

25 May 2017 14:39
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın kapitanı Françesko Totti karyerasını davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "La Gazzetta dello Sport" ona A Seriyasının bir klubundan təklif gəldiyini yazıb. Veteran hücumçunun İtaliyada başqa kluba gedəcəyi inandırıcı deyil. "Roma" rəhbərliyi onun karyerasını "Genoa" ilə oyundan sonra başa vuracağını və klubun strukturunda fəaliyyətə başlayacağını bildirmişdi.

Totti isə karyerasını başa vurmaq barədə suala qeyri-müəyyən cavab vermişdi. Gözlənilir ki, Françesko paytaxt klubunda texniki direktor olacaq. Onun 6 illik müqavilə ilə 600 min avro məvacib alacağı deyilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.