İdman

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:55
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kroos "Real"da motor funksiyasını yerinə yetirir". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniya yığmasının və "Barselona"nın sabiq futbolçusu Xavi Ernandes deyib.

Hazırda Qətərin "Əl-Sədd" klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına maraqlı açıqlama verib. O, "Barsa"nın əzəli rəqibi olan "Real"ın futbolçusu Toni Kroos barədə müsbət fikirlər səsləndirib.
 
Xavi davamçısı qismində məhz Kroosu gördüyünü bildirib: "Toni oyun tərzinə görə mənə özümü xatırladır. O, bu mövqedə, demək olar ki, davamçımdı".
 
Qeyd edək ki, Toni Kroos İspaniya çempionatının son mövsümündə 29 oyunda iştirak edib və aktivinə 3 qol, 12 assist yazdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.