İdman

Messinin azadlıqdan məhrum edilmə cəzası təsdiqləndi

24 May 2017 16:57
8 Şərh     Baxış: 2 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Ali Məhkəməsi "Barselona"nın ulduz futbolçusu Lionel Messinin 21 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasını təsdiqləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun 3 il ərzində imic hüquqlarından əldə etdiyi vəsaiti vergi orqanlarından gizlətməsi sübuta yetirilib. Messi və atası 2007, 2008 və 2009-cu illərdə 4.1 milyon avro vergidən yayınmaqda şübhəli bilinərək 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxarılmışdı. Argentinalı ulduza verilən bu cəza onun həbsxanada olmasını şərtləndirmir. İspaniya qanunlarına görə 2 ildən az müddətə təyin edilən azadlıqdan məhrumetmə cəzası şərti xarakter daşıya bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.