İdman

"Zirə"nin kapitanı "Qəbələ"də

24 May 2017 14:54
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Zirə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Milli.Az bildirir ki, bu barədə apasport.az saytına klubun baş məşqçisi Ayxan Abbasov məlumat verib. 

O bildirib ki, komandanın kapitanı Elvin Məmmədovla yolları ayırıblar. Buna səbəb tərəflərin maliyyə cəhətdən ortaq məxrəcə gələ bilməmələri olub.
 
Bununla da Elvin Məmmədov yay fasiləsində "Zirə"ni tərk edən 5-ci oyunçu olub. Ona qədər Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov və Yamin Ağakərimzadə yola salınmışdı.
 
Milli komandamızın üzvünün klubsuz günləri çox çəkməyib. "Qəbələ" və "Neftçi"nin maraq dairəsində olan 29 yaşlı yarımmüdafiəçi seçimini birincilərin xeyrinə edib. Belə ki, hazırda yığmanın düşərgəsində Avstriya toplanışında olan Məmmədov "Qəbələ" ilə ilkin razılığa gəlib. O, Azərbaycana qayıdan kimi, "qırmızı-qaralar"la münasibətləri rəsmiləşdirəcək.
 
Qeyd edək ki, Elvin Məmmədov "Zirə"yə ötən ilin yanvarında keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.