İdman

"Avtobusa minəndə qorxuram"

24 May 2017 13:55
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya"nın yaponiyalı futbolçusu Şinji Kaqava maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi avtobusa minməkdən qorxduğunu bildirib.

Kaqava bunu Dortmundda baş vermiş son partlayışla əlaqələndirib. Ulduz futbolçu klubun avtobusunun yanında yaşanmış terror hadisəsinin onun psixologiyasına mənfi təsir etdiyini vurğulayıb: "Çox qorxmuşdum. Açığı, hələ də özümə gəlməmişəm. Partlayışdan sonra avtobusa əyləşmək və oyunlara getmək mənim üçün qorxuludu. Digər komandalar da terrorun hədəfi ola bilərlər. Təhlükə həmişə yaxınlıqdadı".
 
Qeyd edək ki, Dortmunddakı məlum hadisə Çempionlar Liqasının yarımfinal mərhələsində "Monako" ilə görüşdən (2:3) əvvəl yaşanmışdı. Nəticədə "Borussiya"nın müdafiəçisi Mark Bartranın qolu qırılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.