İdman

"Qarabağ"a çatışmayan çempionluq

24 May 2017 12:42
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ardıcıl çempionluq sayında Avropa rekordçularının siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cədvəlin zirvəsində 2 komanda yer alıb.

"Europa"nın Cəbəllütariq çempionatında qızıl medal qazanması mütləq rekorda əngəl olub.  Belə ki, 2002/03 mövsümündən sonra hər il çempion olan "Linkoln" 14 qızıl mövsümdən sonra ilk dəfə titulu əldən verib. Bu da onlara Avropanın vahid rekordçusu olmaq imkanı verməyib.
 
Hazırda "Linkoln" Latviya "Skonto"su ilə birlikdə 14 ardıcıl çempionluqla hamıdan öndədi. "Rusenborq" Norveçdə 13 dəfə qızılları sıralayıb.
 
"Linkoln" kimi, Zaqreb "Dinamo"sunun da dövrü başa çatıb. Ardıcıl 11 çempionluqdan sonra bu mövsüm "Riyeka" Xorvatiyanın ən yaxşısı olub. Əvəzində Belarusun dəyişməz çempionu BATE 11-ci uğuru ilə "Dinamo"ya çatıb.
 
Ölkəsinin nəhəngi olan bu beş komandanın ən yaxın izləyiciləri isə 10 dəfə bunu bacarıb. Belə komandaların sayı 5-di.
 
BATE kimi çempionluq seriyası davam edən daha 8 klub diqqət çəkir. "Bazel" (İsveçrə) 8, "Olimpiakos" (Yunanıstan) 7, "Yuventus" (İtaliya), "Seltik" (Şotlandiya), "Lüdoqorets" (Bolqarıstan), TNS (Uels) 6, APOEL (Kipr) və "Bavariya" (Almaniya) 5 mövsümdü zirvəni zəbt edib.
 
Azərbaycanda isə mütləq rekord "Qarabağ"a məxsusdu. Ardıcıl 4 çempionatı qızıl medalla tamamlayan Ağdam təmsilçisinin bu seriyası davam edir. Amma Qurban Qurbanovun yetirmələrinin seriyası davam edən çempionlar cərgəsinə düşməsi mümkün olmayıb. Bunun üçün təmsilçimizə cəmi 1 çempionluq çatmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.