İdman

"Barcelona" yetirməsini geri qaytaracaq

23 May 2017 19:36
0 Şərh     Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Everton" yarımmüdafiəçisi Jerar Delofeu "Barcelona"ya qayıdacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonlar 12 milyon avro ödəməklə onu yenidən satın alma hüququna malikdir. Delofeunun "Barcelona"ya AVRO-2017 (U-21) turnirindən sonra getməsi gözlənilir. Avropa çempionatı 16-30 iyunda Polşada baş tutacaq. 23 yaşlı havbekin icarədə oynadığı "Milan" da onun gedişinə hazırdır. "Rossoneri"nin baş məşqçisi Vinçenzo Montella Delofenun gedişi barədə suala "hər bir futbolçunu əvəz etmək olar" - deyə cavab verib.

Gənc yarımmüdafiəçi A Seriyasında çıxdığı 17 oyunda 4 ql, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.