İdman

Azərbaycanla oynamayacaq, öz toyunda oynayacaq

23 May 2017 21:00
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali İrlandiya milli komandasının futbolçusu Konor Vaşinqton iyunun 10-da Bakıda Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında iştirak etməyəcək.

Milli.Az report.az-a istinadən bildirir ki, buna 25 yaşlı hücumçu toyu səbəb göstərilib.

İngiltərə KPR-inin forvardı eyni səbəbdən iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşündən də kənarda qalacaq. Əvəzində baş məşqçi Maykl O Nil heyətə 2 yeni oyunçu çağıracaq. Bunlar Şotlandiya "Kilmarnok"unun 22 yaşlı yarımmüdafiəçisi Cordan Cons və İngiltərə "Lids"inin qapıçısı Beyli Pikok-Farreldir. İngiltərə "Donkaster"inin futbolçusu Lük Makkallox da 2016-cı il Avropa çempionatında xaçabənzər bağlarından zədə aldıqdan sonra ilk dəfə yığmaya qayıdıb.

Vaşinqton martın 26-da Norveçlə DÇ-2018-in seçmə qrup matçında Şimali İrlandiya yığmasının ikinci qolunun müəllifi olub. Görüş 2:0 hesabı ilə yekunlaşıb. Onun yoxluğu hücum xəttində problemlər yarada bilər. Çünki əsas qol ümidi olan Kayl Lafferti noyabrın 17-də Belfastdakı ilk görüşdə Azərbaycan millisinin qapısına qol vurduqdan sonra cəmi bir oyunda meydana çıxıb. Hazırda hücumçu qismində dəvət almağa əsas namizəd Şotlandiya Premyer Liqasında 23 qolla bombardir olan "Ross Kaunti"nin futbolçusu Liam Boysdur.

Qeyd edək ki, Şimali İrlandiya yığması ilk toplanışı İngiltərənin Mançester şəhərində keçirib. Hazırlıq prosesində İngiltərə və Şimali İrlandiyanın yüksək liqalarında forma geyinən futbolçuların çoxu qatılmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.