Mayın 24-də Avropa Liqasının finalında "Ayaks" "Mançester Yunayted"lə qarşılaşacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, final ərəfəsində Amsterdam klubunun idman direktoru Mark Overmars bunları deyib:
"4.5 il öncə başladığımız layihə bizim dövrümüzdə olan komand qurmağa yönəlib. Bu komanda istənilən rəqibə qarşı qorxusuz oynamalıdır. "Mançester Yunayted" Qoliafa, bizsə Davidə bənzəyirik. Mən fəxr edirəm ki, 21 milyon avroluq büdcə ilə finala vəsiqə qazanımışıq. Futbolçularımızın 2-3 il komandada qalacağına inanıram. İnkişaf böyük klublarda oynadığın zaman baş tutur. Ən yaxşı nümunə Eriksendir. 4 il ərzində "Ayaks"da 3 titul qazandı. Sonra "Tottenhem"də oynamaq istədiyini dedi. Problemsiz icazə verdik. Devi Klassen yeni Eriksendir. Mənim yanıma gəlib klubdan getmək istədiyini desə, ən düzgün qərarı verəcəyik".
Milli.Az