İdman

"Ayaks"- "Mançester Yunayted": 5-ci duel

23 May 2017 13:03
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah bütün Avropanın diqqəti Stokholma yönələcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveç qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının final oyununa ev sahibliyi edəcək.

Kuboku başı üzərinə qaldırmaq, eyni zamanda Çempionlar Liqasının qrupuna vəsiqə uğrunda Hollandiya "Ayaks"ı ilə İngiltərə "Mançester Yunayted"i mübarizə aparacaq. Bu matç komandalar arasında 5-ci dueldi.
 
Belə ki, indiyədək rəqiblər 4 dəfə üz-üzə gəlib. 1976/77 mövsümündə UEFA kubokunun 1/32 finalında Mançester təmsilçisi mərhələ keçən tərəf olub - 2:0, 0:1.
 
2011/12 mövsümündə də amsterdamlılar qarşılaşmalardan məyus ayrılıb. Avropa Liqasının 1/16 finalında hər iki komanda səfərdə qələbə qazansa da, ingiltərəlilər sevinib - 1:2, 2:0.
 
Hər komandanın iki qələbə qazandığı 4 matçda "Mançester Yunayted" iki dəfə mərhələ adlayıb. İngiltərəlilər 5 qol vurubsa, "Ayaks" yalnız 3 dəfə fərqlənib.
 
Amsterdam təmsilçisi hər iki oyunda minimal fərqlə qalib gəlibsə, məğlubiyyətləri iki topla ölçülüb. İndiyədək heç-heçə etməyən rəqiblər ilk dəfə neytral meydanda üz-üzə gələcək.
 
Qarşılaşma öncəsi hər iki komandanın baş məşqçisinin problemləri var. Hollandiyalıların çalışdırıcısı Peter Bos iki futbolçunun xidmətindən məhrumdu. O, zədəli Deyli Sinkqraven və yarımfinalda qırmızı vərəqə alan Nik Virqeverə güvənə bilməyəcək. Mançesterlilərin "sükanı arxası"nda olan Joze Mourinyonun da problemləri başından aşır. Roxo, Lük Şou, Eşli Yanq, Timoti Fosu-Mensa və Zlatan İbrahimoviçin zədəli olması İngiltərə klubunun işini çətinləşdirir. Erik Bayi isə qırmızı vərəqə aldığından cəzalı durumdadı.
 
Oyun hər iki komanda üçün Çempionlar Liqasının qrupuna düşmək baxımından da önəmlidi. İngiltərə çempionatında uğursuz çıxış edib, yalnız Avropa Liqasına vəsiqə qazanan Mourinyonun komandası daha sanballı turnirdə oynamaq üçün mütləq qələbə qazanmalıdı. "Ayaks" isə qitənin ən nüfuzlu klub turnirində oynamağı rəsmiləşdirib. Amma mübarizəyə III təsnifat mərhələsindən başlamalı olan Bosun komandası iki raunddan azad olmaq üçün Avropa Liqasını qazanmalıdı.
 
Tarixinin 10-cu finalına yüksələn Amsterdam klubu 21 ildən sonra kubokun bir addımlığındadı. Yalnız bir dəfə - 1992-ci ildə qazandığı UEFA kubokunu yeni adı ilə yenidən qazanmağa iddialı hollandiyalılar kimi "Mançester Yunayted" də həsrətə son qoymaq niyyətindədi. Sonuncu finalı 8 il öncə baş tutan ingiltərəlilər heç vaxt qazanmadığı turnirdə ilkə imza atmağa köklənib. Digər qitə miqyaslı kubokları başı üzərinə qaldıran klubun muzeyində yalnız Avropa Liqası çatışmır. "Ayaks" bütün kubokları qazanan azsaylı komandalardandı.
 
Qeyd edək ki, "Ayaks" - "Mançester Yunayted" görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
Avropa Liqası
Final
24 may

22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Damir Skomina
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan
Əlavə hakim köməkçiləri: Matey Yuq, Slavko Vinçiç
Hakimin ehtiyat köməkçisi: Tomaş Klançnik (hamısı Sloveniya)
Dördüncü hakim: Canluka Roççi (İtaliya)
Stokholm. "Frends Park" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.