İdman

"Qəbələ"dən iki heç-heçə, "Milan" "Real"a qalib gəlib çempion oldu

23 May 2017 09:16
0 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda "Kapilan Pallo" ilə qarşılaşıb.

Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək A qrupundakı ilk iki oyununda "Milan" (0:3) və "Spal 2013" (0:0) ilə görüşən Ülfət Mədətovun baş məşqçisi olduğu komanda mərhələni 4-cü pillədə başa vurub.
 
Növbəti mərhələdə "Qəbələ" daha iki oyun keçirib. Komanda İtaliya təmsilçiləri "Forli" və "Prato" ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.
 
Turnirin final oyununda isə "Milan" və "Real" qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.