İdman

"Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir"

22 May 2017 19:38
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları kimi tədbirlərin keçirilməsi ölkəmizin hər zaman birincilərdən, öncüllərdən olduğunu göstərir".

Milli.Az bildirir ki, bunu Trend-ə  Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova deyib.

G.Xəlilova qeyd edib ki, bu gün Azərbaycanı dünyada demək olar ki, hamı tanıyır: "Bu qürurvericidir. Azərbaycan üçün belə tədbirlərin önəmi böyükdür. Ölkədə bayram ab-havası, xeyli sayda turistin gəlməsi, milli irsimizin təbliği baxımından IV İslam Həmrəyliyi Oyunlarının böyük əhəmiyyəti var".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.