İdman

Yığmamız Polşadan 4 medalla qayıdır

22 May 2017 12:08
0 Şərh     Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.

+90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Abdullayev yalnız final görüşündə məğlub olaraq, mötəbər turnirin gümüş medalını qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə bürünc medala sahib olub.
 
Qeyd edək ki, yarışın ilk günü Əli Əsgərzadə (50 kq) və Davud Abbaslı (60 kq) bürünc medal qazanıblar.
 
25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunurdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.