İdman

"Real" çempion oldu

21 May 2017 23:50
25 Şərh     Baxış: 3 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasında 2016/17 mövsümünün sonuncu - 38-ci turu bitdi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son turun ilk oyununda "Qranada" "Espanyol"u qəbul edib. Oyun 2:1 hesabıyla qonaqların qələbəsilə nəticələnib.

Şənbə günü "Deportivo" "Las Palmas"ı, "Sevilya" isə "Osasuna"nı darmadağın edib.
 
Bazar günü isə bütün diqqətlər Malaqa və Barselonaya yönəlib. Belə ki, bu şəhərlərdə keçiriləcək "Malaqa" - "Real" və "Barselona" - "Eybar" oyunlarında çempionluğun taleyi həll edilib.
 
Madrid təmsilçisi səfərdə qalib gələrək, "Barselona"nın 4:2 hesablı qalibiyyətinə baxmayaraq, mövsümü çempion kimi başa vurub.
 
İspaniya La Liqası
XXXVIII tur
 
19 may
"Qranada" - "Espanyol" - 1:2
Qollar: Pereyra, 22 - Baptistao, 3, Vezo, 8 (öz qapısına) 
 
20 may
"Sportinq" - "Betis" - 2:2
Qollar: Perreyra, 7, Karmona, 79 - Kastro, 22, 59

"Leqanes" - "Alaves" - 1:1
Qollar: Timor, 89 - Krstiçiç, 64
 
"Deportivo" - "Las Palmas" - 3:0
Qollar: Andone, 4, 28, Gil, 39

"Sevilya" - "Osasuna" - 5:0
Qollar: Vitolo, 10, 80, Vazkez, 20, 60, Yovetiç, 35
 
21 may
"Atletiko" - "Atletik" - 3:1
Qollar: Torres, 8, 11, Korrea, 89 - Villiams, 71

"Selta" - "Real Sosyedad" - 2:2
Qollar: Aspas, 54, Hyulşaqer, 90 - Oyarzabal, 82, Xuanmi, 90+4

"Valensiya" - "Vilyarreal" - 1:3
Qollar: Nani, 54 - Soldado, 1, Tirqueros, 58, Sansone, 88

"Barselona" - "Eybar" - 3:2
Qollar: Yunka, 63 (öz qapısına), Suarez, 73, Messi, 76 (pen., 90+2) - İnui, 7, 61
 
"Malaqa" - "Real" - 0:2
Qollar: Ronaldo, 2, Benzema, 55

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.