İdman

Mariya Stadnik IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu - YENİLƏNİB

21 May 2017 19:07
6 Şərh     Baxış: 2 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:07

Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bundan əvvəl 34 saniyə ərzində əlcəzairli rəqibini məğlub edən M.Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb.

Güləşçimiz yenə də vaxtından əvvəl - 2 dəqiqə 43 saniyəyə qələbə qazanaraq İslamiadanın qızıl medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------

10:32

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilər mübarizəyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 48 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik 1-ci dövrədə əlcəzairli Xeyra Çaima Yahyaui ilə qarşılaşıb.

M.Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb - 10:0.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.