İdman

Stolüstü tennis üzrə Azərbaycanın kişi komandası yarımfinala vəsiqə qazanıb

20 May 2017 20:43
Baxış: 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.

Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala keçiblər.

İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.

Yarımfinal görüşləri mayın 21-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.