İdman

Deputat: "İslam Oyunları mötəbər bayram tədbiri oldu"

20 May 2017 15:11
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Azərbaycan xalqı, idmançılarımız, idmansevərlərimiz üçün çox mötəbər bayram tədbiri oldu.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu gün "Zəfər günləri" tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançıların mükafatlandırılması mərasimində deyib.

A.Əliyev bildirib ki, oyunlar xalqımıza çox böyük sevinclər yaşatdı:

"Oyunlar xalqımızın, eləcə də, islam tarixində böyük əks-səda saldı. Bu oyunlar atletlərimiz üçün çox uğurlu oldu. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Zaman-zaman idmançılarımız dünya idman arenalarında çoxsaylı uğurlar, yüksək nailiyyətlər qazanıblar.

Azərbaycanda uzun müddət idmançılara göstərilən diqqət və qayğının bəhrəsini, nəticələrini bu gün artıq görürük. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əlverişli bir fürsət oldu. Azərbaycanda idmana olan diqqət və qayğı ilə yanaşı, dövlətimiz sülhpərvər olduğunu bir daha bütün dünya ictimaiyyətinin nəzərinə çatdırdı. İnanıram ki, bundan sonra da ölkəmizdə böyük idman tədbirləri keçiriləcək".

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.