İdman

"Trabzonspor" FİFA-ya məktub göndərib

20 May 2017 18:26
0 Şərh     Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trabzonspor" 2010/11 mövsümündə Türkiyə çempionu elan olunması üçün əlindən gələni edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki klubun rəsmi saytı bunun üçün FİFA-a müraciət olunacağı barədə məlumat yayıb. Ötən gün İsveçrədə bir araya gələn klub prezidenti Muharrem Usta və hüquqşünaslar quruma məktub göndərib. "Bordo mavililər" sözügedən mövsümdə çempion olan "Fenerbahçe"nin rüşvət qalmaqalını əsas gətirirək titulun onlara yazılmalı olduğunu bildirir.

"məlum olduğu kimi, 2010-11 mövsümündə danışılmış oyunların olduğu UEFA və İdman Arbitraj Məhkəməsi tərəfindən qəti olaraq təsdiqlənib və bu qərar da dəyişməyəcək. Müraciətimiz bu məsələnin hüquqi nəticələrinə aiddir. Haqqımızı tələbdən imtina etməyəcəyimizi bir daha elan edirik" - bəyanatda deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.