İdman

Usmanov "Arsenal"ın səhmlərini satın almaq istəyir

20 May 2017 18:58
0 Şərh     Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milliyyətcə özbək olan və hazırda Rusiyada yaşayan Əlişir Usmanov "Arsenal" klubunun nəzarət paketini satın almaq fikrinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "topçular"ın 30.04% səhminə sahib olan 63 yaşlı maqnat bunun üçün 1.3 milyard dollar ödəməyə hazırdır. Hazırda London klubunun 67% aksiyası amerikalı Sten Kronkeyə məxsusdur.

Kronke "Arsenal"ı 2 milyard dollara satmağa razılaşa bilər. O, Usmanovun məktubuna, hələ ki, cavab verməyib. Apreldə Usmanov komandanın baş məşqçisi Arsen Venqeri dəstəkləmiş və Kronkeni tənqid etmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.