İdman

"Monako"dan "Liverpul"a RƏDD CAVABI

19 May 2017 19:12
0 Şərh     Baxış: 388

Avropa klublarının maraq göstərdiyi Kilian Mbappeni "Liverpul" da transfer etməyə çalışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qırmızılar" Fransa millisinin üzvünə görə 70 milyon avro təklif edib. Amma qarşı tərəfdən rədd cavabı gəlib. "Monako" rəhbərliyi Mbappeni ən azı 1 mövsüm də komandada saxlamaq istəyir. Klub onun transfer qiymətini 100 milyon avro müəyyənləşdirib.

Mayın əvvəlində "Mançester Yunayted" də gənc hücumçuya görə 85 milyon avro təklif etmiş, amma "moneqasklar"ın 120 milyon avro tələb etməsi səbəbindən fikrindən daşınmışdı. Bu mövsüm bütün turnirlərdə 41 oyun keçirən Mbappe 26 qol, 14 məhsuldar ötürmənin müəllifi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.