İdman

İki qızıl medal sahibi: "Vətəndə qalib olmağın sevinci tam başqadır"

18 May 2017 19:37
Baxış: 498

"Vətəndə təşkil olunmuş beynəlxalq yarışda iştirak edib qalib olmağın sevinci tam başqadır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında paraatletika üzrə iki qızıl medal qazanmış Samir Nəbiyev Bakıda keçirilən Zəfər günləri çərçivəsində deyib: "Öz ölkəsində qızıl medal qazanmaq böyük qürur və fəxrdir. Bunu ancaq yaşayanlar bilər. Təşəkkür edirəm ki, bizə də bu yarışlara qatılmaq şəraiti yaratdılar. Doğrusu iki yox, bir qızıl medal gözləyirdim. Amma ikisini də qazandım".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.