İdman

Bakı-2017: Suya tullanma yarışında ilk medalımız

18 May 2017 18:19
Baxış: 359

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb.

İranlı Müctəba Vəlipur qızıl, indoneziyalı Rafi Aldiansiah isə gümüş medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.