İdman

Bakı-2017: Paralimpiyaçılarımızdan qızıl və gümüş medallar

18 May 2017 18:15
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, paralimpiyaçımız Nurlan İbrahimov T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında hamıdan sürətli olub.

İkinci yeri digər idmançımız Elçin Muradov tutub. İran təmsilçisi Araş Xosrovi isə üçüncü olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.